Azərbaycan əmtəəlik qaz hasilatını 12 % artırıb
Energetika
- 16 aprel, 2021
- 08:16
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 8 mln 816,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 8 mln 799,5 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 5,2 %, (əmtəəlik 5,3 %) az olub.
Bu ilin ilk üç ayında ölkədə 10 mlrd 563,4 mln kubmetr təbii qaz hasil edilib. Bu həcmin 7 mlrd 803,7 mln kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin yanvar-mart aylarında təbii qaz hasilatı illik müqayisədə 5,7 %, əmtəəlik qaz hasilatı isə 12 % artıb.
Son xəbərlər
13:18
Azərbayca ötən il xaricdəki ticarət nümayəndəliklərinə 4 milyon manatdan çox pul xərcləyib
Maliyyə13:15
"Qəbələ" yeni mövsüm öncəsi altı yoxlama oyunu keçirməyi planlaşdırıb
Futbol13:14
Azərbaycanda ötən il əməyin ödənişi xərcləri proqnozdan 426 milyon az icra edilib
Maliyyə13:12
Azərbaycan Mərkəzi Asiya Fintex Assosiasiyaları ilə Anlaşma Memorandumu imzalayıb
Maliyyə13:09
SWIFT: Beynəlxalq köçürmələrdə səhvlərin qarşısını almaq üçün yeni xidmətlər təklif edirik
Maliyyə13:07
SWIFT: Rəqəmsal bankçılıqla bağlı düşüncə tərzi dəyişməlidir
Maliyyə13:06
BŞTİ-nin tabeliyindəki məktəbləri 87 519 şagird bitirir
Elm və təhsil13:04
Maliyyə naziri: "Azərbaycan neft qiymətlərini dayanıqlı, sağlam və konservativ proqnozlaşdırır"
Maliyyə12:59