Azərbaycan elektrik enerjisinin ixracını 70% artırıb
Energetika
- 19 dekabr, 2016
- 08:01
Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycandan bu ilin yanvar-noyabr ayları ərzində xarici ölkələrə 19 875,41 min ABŞ dolları dəyərində elektrik enerjisi satılıb. “Report”un Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 742,71 min dollar yaxud 23,2% çoxdur.
İxrac edilən elektrik enerjisinin dəyərində olduğu kimi, həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, hesabat dövründə xarici ölkələrə 463 408,13 min kVt/saat elektrik enerjisi satılıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 189 820,26 min kVt/saat yaxud 69,39% çoxdur.
Hesabata görə, bu il ixrac edilən elektrik enerjisi ümumi ixracın 0,24%-nə bərabər olub.
Son xəbərlər
22:17
Dirk Şuster: "Zirə" çox yaxşı oyun sərgilədi"
Futbol22:14
Ərdoğan: Türkiyə ABŞ-İran münaqişəsinin həllində vasitəçiliyə hazırdır
Region22:02
Tramp İranın ona qarşı sui-qəsd cəhdinin mükünlüyünü güman edir
Digər ölkələr21:49
Foto
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Futbol21:48
Ərdoğan: "Cənubi Qafqazı Trampla hər zaman müzakirə edə bilirik"
Region21:44
Ərdoğan: Türkiyə müdafiə sənayesində NATO-nun ən öndə gedən ölkələrindən biridir
Region21:37
Video
Tramp: Türkiyə ilə çox yaxşı münasibətlərə malikik
Digər ölkələr21:14
Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB
Hadisə20:54