Azərbaycan dizel yanacağının istehsalını 7% azaldıb
Energetika
- 31 oktyabr, 2014
- 10:07
Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-sentyabr aylarında 1,746 mln. ton həcmində dizel yanacağı istehsal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə dizel yanacağının istehsalı 6,7% azalıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Oktyabr ayının 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 81,8 min ton hazır məhsul qalığı toplanıb ki, bu da 2013-cü ilin oktyabr ayının əvvəlinə olan analoji göstərici ilə müqayisədə 64,3% çoxdur.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 2,495 mln. ton dizel yanacağı istehsal olunub, bu da 2012-ci ilin toplam göstəricisindən 5,3% çoxdur. Bütün məhsul Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal edilib.
Son xəbərlər
01:51
ABŞ Rusiyanın ali məktəblərini milli təhlükəsizliyə təhdidlər siyahısına daxil edib
Digər ölkələr01:37
Gürcüstanda elektrik enerjisinin verilişi bərpa olunur - YENİLƏNİB-2
Region01:17
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
Region00:50
Tramp: Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək
Digər ölkələr00:21
Kavelaşvili: Sağlam müxalifətin olmaması siyasi proseslərə mane olur
Region00:00
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq edib
Region23:45
Hindistan, Pakistan və Əfqanıstanda daşqınlar 82 nəfərin həyatına son qoyub
Digər ölkələr23:32
Yevlax sakini həmyerlisini odlu silahdan atəş açaraq qətlə yetirib
Hadisə23:28