Azərbaycan dekabrda "OPEC+" kvotasından gündəlik 98 min barel geri qalıb
Energetika
- 14 yanvar, 2026
- 17:08
2025-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 453 min barel təşkil edib.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı noyabr ayı ilə müqayisədə 2 min barel azdır.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2025-ci il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, dekabrda faktiki hasilat 98 min barel geriləyib.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü rübdə 458 min barel, dördüncü rübdə isə 456 min barel təşkil edib.
2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 481 min barel olub.
Son xəbərlər
17:04
Sabah bəzi rayonlarda güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB
Ekologiya17:03
Rusiyanın Odessaya hücumu nəticəsində iki nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr17:01
UFC-də bir döyüş şübhəli mərc səbəbindən ləğv edilib
Fərdi16:55
İtaliyanın Tehrandakı səfiri Sepaha görə İran XİN-ə çağırılıb
Region16:53
Foto
Məcnun Məmmədova iki yeni müavin təyin edilib
ASK16:53
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
Milli Məclis16:52
"Qarabağ"ın baş məşqçisi: "Çempionatda maksimum nəticə göstərməyimiz əzmkarlığın nəticəsidir"
Komanda16:48
Avstriyada qatarı qaçırmağa cəhd edən şəxs saxlanılıb
Digər ölkələr16:47
Foto