Azərbaycan CECECO ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Energetika
- 26 may, 2026
- 13:04
Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi (CECECO) arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Bu barədə "Report"a Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (EMTA) məlumat verilib.
Bildirilib ki, bu barədə müzakirələr Agentliyin İdarə Heyətinin sədri Samir Axundov və CECECO-nun icraçı direktoru Aysel Yaqubova arasında aparılıb.
Görüşdə CECECO tərəfindən həyata keçirilən layihələr və fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Tərəflər Enerji effektivliyi fondunun fəaliyyəti, eləcə də bərpaolunan enerji layihələri üzrə qarşılıqlı dəstək imkanlarına toxunublar, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Son xəbərlər
10:48
Krımda hərbçi xidmət yoldaşlarını və üç mülki şəxsi güllələyib
Region10:42
Türkiyədə qanunsuz yolla vətəndaşlıq əldə edən 687 nəfərin hüququ ləğv olunub
Region10:30
ABŞ-də meşədə yanğın törətməkdə şübhəli bilinən şəxs həbs edilib
Digər ölkələr10:30
Video
"Azərişıq" Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb
Energetika10:06
ABŞ dövlət katibinin köməkçisi Mərkəzi Asiyaya səfər edəcək
Digər ölkələr10:04
Video
Hikmət Hacıyev: Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır
Xarici siyasət10:02
Azərbaycanda sığorta olunanların və sığortalıların uçotu qaydası təsdiq edilib
Maliyyə10:01
Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib
Biznes10:01