Azərbaycan bu il 9 milyon dollarlıq karbamid ixrac edib
Energetika
- 16 noyabr, 2020
- 13:02
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 61,3 min ton azot gübrəsi ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 aylıq ixracın dəyəri 9,15 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 0,6 % paya malik olub.
Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Son xəbərlər
17:10
Azərbaycanda ötən gün axtarışda olan 148 nəfər tapılıb
Hadisə16:43
Urmiya gölündə suyun həcmi 18 dəfə artıb
Region16:40
Budanov Varşavanın Zelenski ilə bağlı qərarına etiraz olaraq Polşanın dövlət mükafatından imtina edib
Digər ölkələr16:32
"Neftçi" braziliyalı futbolçu Qustavo Klismanla müqavilə imzalayıb
Futbol16:22
Azərbaycanda 5 ayda hər vətəndaş 629 manatlıq ödənişli xidmətdən istifadə edib
Biznes16:18
Tramp Meloni ilə münasibətləri bərpa etmək niyyətində olmadığını açıqlayıb
Digər ölkələr16:17
Foto
Video
Vilayət Eyvazov: Daxili Qoşunlar istənilən xidməti-döyüş tapşırığını yerinə yetirməyə qadirdir
Daxili siyasət16:00
DÇ-2026: Niderland və Almaniya milliləri növbəti oyunlarına çıxacaqlar
Futbol15:50
Foto