Azərbaycan bu il 58 milyon dollarlıq polietilen ixrac edib
Energetika
- 14 sentyabr, 2020
- 13:09
Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 89,7 min ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 58,2 milyon ABŞ dolları təşkil edib.
8 ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,05% olub.
Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilenin istehsalı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda, yüksək sıxlıqlı polietilenin istehsalı isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda həyata keçirilir.
Son xəbərlər
17:02
BƏƏ-nin HHM qüvvələri İranın 9 ballistik raketini məhv edib
Digər ölkələr17:01
FAO fevral ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
ASK17:00
Peritan Bozdağ: "Macarıstan millisinin güclü olması bizi daha çox motivasiya edir"
Futbol16:59
Azərbaycanda növbəti torpaq hərracları keçiriləcək
Biznes16:57
Yaponiyanın Azərbaycandakı səfirliyinin konsulluq xidməti martın 13-ə qədər işləməyəcək
Xarici siyasət16:54
Foto
NDU nəzdində Gimnaziyanın komandası "Sabahın alimləri" müsabiqəsində I yerin qalibi olub
Elm və təhsil16:46
"Qaradağ Şüşə Zavodu" yenidən özəlləşdirməyə çıxarılır
Biznes16:45
Starmer Bəhreynin müdafiəsi üçün dörd qırıcının yerləşdirilməsini təklif edib
Digər ölkələr16:41