Azərbaycan Almaniyaya neft satışını 36 %-dən çox artırıb

Energetika
  • 18 sentyabr, 2025
  • 11:04
Azərbaycan Almaniyaya neft satışını 36 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Almaniyaya 841 min 915,48 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 445 milyon 304,60 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 8 ayı ilə müqayisədə 36,1 %, dəyəri isə 9,6 % çoxdur.

Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 5,29 % olub.

Bu ilin yanvar-avqust aylarında, gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 396 milyon 005,89 min ABŞ dolları dəyərində 15 milyon 924 min 752,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. 

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti