Azərbaycan 9 aylıq neft ixracının həcmini açıqlayıb

Energetika
  • 15 oktyabr, 2025
  • 11:46
Azərbaycan 9 aylıq neft ixracının həcmini açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 17,4 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ton və ya 2,8 % azdır.

Hesabat dövründə konsorsium 14,9 milyon tonu neft ixrac edib. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 0,7 milyon ton və ya 4,5 % azdır.

Bu ilin ilk 9 ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft ixracı 2,1 milyon ton təşkil edib ki, bu da 2024-cü ilin üç rübünün göstəriciləri ilə müqayisədə 0,2 milyon və ya 8,7 % azdır.

Hesabat dövründə ixrac edilən neftin 0,4 milyon tonu isə "Abşeron" yatağının payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti