Azərbaycan 3 ölkədən propilen tədarükünü bərpa edib
- 23 oktyabr, 2023
- 10:40
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 62,53 milyon ABŞ dolları dəyərində 47 min 146 ton propilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 3,8 dəfə çoxdur.
Azərbaycan Rusiyaya 59,67 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 44 min 933 ton (+4,3 dəfə), Belarusa 2,36 milyon ABŞ dolları dəyərində (+5,8 dəfə) 1 min 785 ton (+7,7 dəfə), Özbəkistana 406 min ABŞ dolları dəyərində (+14 dəfə) 314,3 ton (+16 dəfə) və Türkiyəyə 82,65 min ABŞ dolları dəyərində (-96,4 %) 113,75 ton (-93 %) propilen satıb.
Hesabat dövründə Azərbaycana 4,3 milyon ABŞ dolları dəyərində (+22 %) 2 min 672 ton propilen (+2 dəfə) idxal edilib.
Azərbaycan Səudiyyə Ərəbistanından 1,34 milyon ABŞ dolları dəyərində (+73 %) 1 min 56 ton (+2,5 dəfə), Koreyadan 868 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 611,75 ton (+5 dəfə), Sinqapurdan 594 min ABŞ dolları dəyərində (+1,2 %) 259 ton (+56 %), Türkiyədən 523 min ABŞ dolları dəyərində (+21,3 %) 259 ton (+62 %), İrandan 427 min ABŞ dolları dəyərində 220 ton propilen alıb.
Azərbaycan 7 il 3 aylıq fasilənin ardından Rusiyadan (55,67 min ABŞ dolları dəyərində 37 ton), 4 il 4 aylıq aradan sonra İspaniyadan (37,5 min ABŞ dolları dəyərində 24,75 ton) və 1 il 6 aydan sonra İrandan tədarük bərpa edilib.