Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edib
Energetika
- 03 iyul, 2026
- 19:18
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edib.
"Report" "Azəriqaz"a istinadən xəbər verir ki, görüşdə Qobustan rayonu ilə yanaşı, Şamaxı, İsmayıllı və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Müraciətlər əsasən yeni yaşayış massivlərinin, fərdi yaşayış evlərinin qazlaşdırılması, qapı keçidlərinin quraşdırılması və işə qəbulla bağlı olub. Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.
Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Son xəbərlər
09:05
Xaçmaz rayonunda zəlzələ olub
Hadisə09:00
Azərbaycanın basketbol millisi bu gün İrlandiya ilə üz-üzə gələcək
Komanda08:50
Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşüb
Region08:24
AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Digər ölkələr08:01
Yəmən husiləri İrana dəstək ifadə ediblər
Region07:41
Tramp Avropanın miqrasiya siyasətini tənqid edib
Digər ölkələr07:14
KXDR-də yeni esminesin silah sınaqları keçirilib
Digər ölkələr06:50
Bu gün mindən çox şəxs dövlət qulluğuna imtahan verəcək
Elm və təhsil06:25