Azər Məmmədov Naftalanda vətəndaş qəbulu keçirib
Energetika
- 11 dekabr, 2025
- 16:56
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Naftalan şəhərində baş tutub.
"Report" "Azəriqaz"a istinadən xəbər verir ki, Birlik rəhbəri qəbula üz tutan 33 nəfər vətəndaşın qaz təchizatı ilə yanaşı, digər problem və təkliflərini də dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar.
Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Gəncə Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Son xəbərlər
18:22
Şəmkirdə güclü külək fəsadlar törədib
Hadisə18:14
Foto
"Cyber Summer School 2026"nın təlim proqramına start verilib
Daxili siyasət18:07
XİN başçısı: Suriya ölkənin təhlükəsizliyinə olan təhdidlərə qarşı durur
Digər ölkələr18:00
Foto
Sosial şəbəkədə satılan "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlanıb
Sağlamlıq18:00
RF-nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları – Moskva körpüləri yandırır - ŞƏRH
Analitika17:58
Azərbaycana qanunsuz dərman preparatları gətirilməsinin qarşısı alınıb
Biznes17:55
UKMTO: Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub
Digər ölkələr17:53
"Torpedo"nun futbolçusu Komnen Andriç: "Zirə"ni tam təhlil etmişik"
Futbol17:50