"Advenst Spolka": Azərbaycan SAF istehsalında regional əhəmiyyətli rola malikdir

Energetika
  • 25 sentyabr, 2025
  • 15:15
Advenst Spolka: Azərbaycan SAF istehsalında regional əhəmiyyətli rola malikdir

Azərbaycan Dayanıqlı Təyyarə Yanacağı (SAF) istehsalında regional əhəmiyyətli rola malikdir.

"Report" xəbər verir ki, bunu Polşanın "Advenst Spolka" şirkətinin mühəndisi Evgeniy Puşik Bakıda "Xəzər və Mərkəzi Asiya – neftemalı, neft-kimyası, ticarət, logistika" mövzusunda keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, SAF istehsalında əsas xammal kimi bitki yağları, o cümlədən fast food müəssisələrindən əldə olunan yağlar istifadə olunur: "Azərbaycanda belə layihələrin inkişafı region üçün strateji əhəmiyyət kəsb edir, çünki ölkə enerji və nəqliyyat infrastrukturunda mərkəzi logistik rol oynayır və Xəzər vasitəsilə ticarət yollarının ayrılmaz hissəsidir".

E. Puşikin sözlərinə görə, Avropada SAF istifadəsi artıq direktivlərlə tənzimlənir və aviaşirkətlərdən ekoloji dayanıqlı təyyarə yanacağından 2% istifadə etmələri tələb olunur: "Bu kontekstdə Azərbaycanın mövcud logistika imkanları və infrastrukturu, o cümlədən terminal və habları, SAF-nın bölgədə istehsalı və paylanması üçün əlverişli şərait yaradır. Azərbaycan yalnız xammalın tədarükündə deyil, həm də SAF-nın emalı və regional paylanmasında strateji mərkəz rolunu oynaya bilər".

Mütəxəssis həmçinin şirkət olaraq Azərbaycanda SAF layihələrində əməkdaşlığa açıq olduqlarını və təcrübə mübadiləsi aparmaq istədiklərini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti