Abşeron magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Energetika
  • 12 dekabr, 2016
  • 05:30
Abşeron magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.