ABŞ və Çin arasında gərginlik nefti bahalaşdırır

Energetika
  • 06 avqust, 2019
  • 06:49
ABŞ və Çin arasında gərginlik nefti bahalaşdırır

ABŞ və Çin arasında ticarət mübahisələrinin yenidən qızışması ilə dünya bazarında neftin qiyməti artmağa başlayıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiymətləri bir barrel üçün 1,1% artaraq 60,47 ABŞ dollarına, WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə bir barrel üçün 1,13% artaraq 55,31 dollara çatıb.