ABŞ-da ehtiyatlarla bağlı məlumatlar neftin qiymətini sabitləşdirib
Energetika
- 29 dekabr, 2021
- 05:54
Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatları haqqında statistik məlumatları dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti sabitləşib.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,08% bahalaşaraq, 1 bareli 78,73 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə dəyişməyib və 1 bareli 75,98 ABŞ dolları təşkil edib.
API-nin məlumatına əsasən dekabrın 24-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 3,09 milyon barel azalıb. Analitiklər azalmanın 3,233 milyon barel təşkil edəcəyini gözləyirdilər.
ABŞ-ın Energetika Nazirliyi ölkənin neft ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq.
Son xəbərlər
15:41
Azərbaycan Özbəkistan kondisionerlərinin ən böyük alıcısıdır
Biznes15:41
İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin geniş tərkibdə görüşü olub
Xarici siyasət15:40
Ervins Perkons "İmişli"nin məşqçisi təyin olunub
Futbol15:40
Naxçıvanda transformatorun avtomatı partlayıb, elektrik montyoru xəsarət alıb
Hadisə15:40
AYNA: 12 şəhərlərarası və şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşib
İnfrastruktur15:37
Moskvanın İrəvana ərik, pomidorla təzyiqi – Ermənistanın bazar axtarışı - ŞƏRH
Analitika15:36
Novak: Rusiyanın bəzi regionlarında yanacaqla bağlı gərgin vəziyyət qalmaqdadır
Region15:15
Foto
Suriyadan repatriasiya olunmuş 16 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
Sosial müdafiə15:13