ABŞ-da ehtiyatların artması neftin qiymətini sabitləşdirib
Energetika
- 06 oktyabr, 2021
- 06:16
ABŞ-da neft xammalı ehtiyatlarının gözlənilməz artımı haqqında məlumatlardan sonra dünya bazarlarında neftin qiymətinin artımı dayanıb.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,01% ucuzlaşaraq, 1 bareli 82,62 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,06% artıb və 1 bareli 78,98 ABŞ dolları təşkil edib.
İnvestorlar Amerika Neft İnstitutunun (API) ABŞ-dakı neft ehtiyatları ilə bağlı açıqladığı məlumatları qiymətləndirirlər. Belə ki, ötən həftə ərzində ABŞ-da neft ehtiyatları təxminən 1 milyon barel artıb. Analitiklər isə ehtiyatların 0,3 milyon barel artacağını güman edirdilər.
Son xəbərlər
14:07
FHN marşallar üçün təlimlər keçirib
Hadisə14:06
UKMTO Oman körfəzində tankerlə bağlı insident barədə məlumat verib
Digər ölkələr14:04
Formula-1 Azərbaycan Qran-Prisinə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub
Daxili siyasət14:01
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Daxili siyasət13:51
Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli bilinir
Hadisə13:48
Foto
V Milli Yaylaq festivalının ikinci günü keçirilir
Daxili siyasət13:46
Aleksandar Vuçiç: Serbiya hərbi baxımdan neytral qalacaq
Digər ölkələr13:43
Hökməlidə avtoyuma məntəqəsində avtomobil yanıb
Digər13:35