4SİM: Enerji sektorunda süni intellektə dair ilk sistemli konsept hazırlanıb
- 18 fevral, 2026
- 10:35
Azərbaycanda enerji sektorunda süni intellektin tətbiqi ilə bağlı ilk sistemli konsept hazırlanıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov qurumun 2025-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, "Enerjidə süni intellekt həlləri" adlı sənəddə Azərbaycanda enerji sahəsində mövcud vəziyyət və əsas çağırışlar təhlil olunub, 40 qlobal həll konsepti əsasında mümkün tətbiq istiqamətləri müəyyənləşdirilib: "Sənəd enerji istehsalı, ötürülməsi və idarə olunmasında səmərəliliyin artırılması, itkilərin azaldılması və qərarvermə proseslərinin optimallaşdırılması baxımından süni intellekt alətlərinin potensialını qiymətləndirir".
F.Cəfərov vurğulayıb ki, təşəbbüs beynəlxalq təcrübə əsasında hazırlanıb və Azərbaycanın enerji sektorunda rəqəmsal transformasiyanın dərinləşdirilməsinə xidmət edəcək.
Fatimə Bağırova