Zhang Ling: Qlobal proseslər çərçivəsində universitetlərarası əlaqələrin genişləndirilməsi önəmlidir

Elm və təhsil
  • 02 dekabr, 2025
  • 10:26
Zhang Ling: Qlobal proseslər çərçivəsində universitetlərarası əlaqələrin genişləndirilməsi önəmlidir

Hazırkı qlobal proseslər çərçivəsində universitetlərarası əlaqələrin genişləndirilməsi önəmlidir.

"Report" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibinin müavini Zhang Ling ADA Universitetində baş tutan "Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu" adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, "yaşıl" və dayanıqlı enerji sistemləri iqtisadi və ya texnoloji məfhum deyil, bu, ölkələrin dayanıqlılıq fəaliyyətinə aiddir:

"Müasir dövrdə universitetlər sadəcə bilik mənbəyi deyil. Burada, həmçinin gəncləri bacarıqlar və biliklərlə təchiz edirlər. Müasir çağırışlar, qlobal proseslər çərçivəsində universitetlərarası əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir".

Son xəbərlər

Bütün Xəbər Lenti