UniDestin Təhsil Mərkəzində ödənişsiz İngilis Dili Səviyyə İmtahanı baş tutacaq

Elm və təhsil
  • 01 noyabr, 2025
  • 10:00
UniDestin Təhsil Mərkəzində ödənişsiz İngilis Dili Səviyyə İmtahanı baş tutacaq

Bakıda fəaliyyət göstərən UniDestin Təhsil Mərkəzi 3-7 noyabr tarixlərində ingilis dili biliklərinin qiymətləndirilməsi məqsədilə ödənişsiz səviyyə imtahanı təşkil edəcək.

"Report"un məlumatına görə, görüşlər saat 11:00, 12:00, 15:00 və 16:00-da baş tutacaq.

İmtahan CEFR standartlarına uyğun olaraq hazırlanıb və iştirakçıların dil bacarıqlarının dəqiq ölçülməsini təmin edəcək.

İmtahanda iştirak edən şəxslər cəmi 60 dəqiqə ərzində ingilis dili səviyyələrini (A1-C1) müəyyən edə biləcəklər.

Nəticələr imtahan bitdikdən dərhal sonra təqdim ediləcək.

İmtahan nəticəsinə əsasən B1 və daha yüksək (B1+) nəticə göstərən iştirakçılara sertifikat təqdim ediləcək.

Bu sertifikat təhsil, iş müraciətləri və CV-lər üçün əlavə üstünlük deməkdir.

Bundan başqa yalnız noyabrın 5-də xüsusi speaking bacarıqlarının yoxlanılması imkanı təqdim ediləcək.

Həmin gün saat 11:00, 14:00 və 15:00-da keçiriləcək Speaking yoxlanışı təcrübəli müəllim tərəfindən üz-üzə və əyani şəkildə aparılacaq.

Yerlər məhdud olduğundan bu imkandan yararlanmaq istəyən iştirakçılardan öncədən əlaqə saxlayaraq qeydiyyatdan keçmək və öz vaxtını seçmək tələb olunur.

İmtahanların üstünlükləri:

• CEFR standartlarına uyğun qiymətləndirmə

• 60 dəqiqəlik test və dərhal nəticə

• B1+ nəticə üçün rəsmi sertifikat

• Təcrübəli müəllimlə əyani Speaking yoxlanışı (yalnız 5 noyabr)

• Şəxsi dil inkişaf planının hazırlanması

UniDestin Təhsil Mərkəzi bu təşəbbüsü ilə Sizə ingilis dili səviyyənizi obyektiv ölçmək imkanı qazanacaqsınız.

📍 Ünvan: 203 Nizami St, Baku (AF Business House, 4th floor)

📞 Əlaqə: +994 50 836 44 99 / +994 55 848 03 09

📲 Instagram: unidestin

📲 Facebook: unidestin

Son xəbərlər

Bütün Xəbər Lenti