Samir Hümbətov: Qarşıdakı illərdə işəgötürənlərin 87 %-i müəyyən çətinliklərlə üzləşəcək

Elm və təhsil
  • 14 noyabr, 2025
  • 11:52
Samir Hümbətov: Qarşıdakı illərdə işəgötürənlərin 87 %-i  müəyyən çətinliklərlə üzləşəcək

Qarşıdakı illərdə işəgötürənlərin 87 %-i müxtəlif bacarıqlara yiyələnən peşə ixtisasları üzrə müəyyən çətinliklərlə üzləşəcək.

"Report" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini Samir Hümbətov "Bir peşənin sirri" festivalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər bir gənc gələcəyin potensial sahibkarıdır:

"Onları dəstəkləmək üçün öz resurslarımızdan da istifadə edə bilərik. Gənclər müxtəlif peşələr üzrə öz bizneslərini qura, dövlətin dəstək alətləri, qrantlar, startap şərtləri, kreditlər və digər mexanizmlərdən istifadə etməklə özlərini daha da inkişaf etdirə bilərlər. Aparılan müxtəlif tədqiqatlarda belə bir nəticə ortaya çıxıb ki, qarşıdakı illərdə işəgötürənlərin 87 faizi müxtəlif bacarıqlara yiyələnən peşə ixtisasları üzrə müəyyən çətinliklərlə üzləşəcək. Gənclərə tövsiyə edirik ki, peşə təhsili bacarıqlarını inkişaf etdirsinlər və gələcəyin sahibkarlarına çevrilsinlər".

Son xəbərlər

Bütün Xəbər Lenti