Nazir: Özəl sektorla ali təhsil müəssisələri arasındakı əməkdaşlıq vacibdir
- 18 dekabr, 2025
- 12:07
İstəsək də, istəməsək də, gələcək sərt rəqabətli və qeyri-müəyyənliklərlə doludur.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyinə həsr edilən tədbirdə deyib.
O qeyd edib ki, istənilən təhsil müəssisəsi o cümlədən, AzMİU özünü bu dövrə hazırlamalıdır: "Vaxtımız isə azdır və çalışmalıyıq ki, irəliyə gedək".
Nazir bildirib ki, növbəti illərdə özəl sektorla ali təhsil müəssisələri arasındakı əməkdaşlıq vacibdir. Mən inanıram ki, ali təhsil müəssisələri bu əməkdaşlığa açıqdır və buna ehtiyacı var:
"Sənaye müəssisələrinin, xüsusilə inşaat və memarlıq kimi sahələrdə təhsil müəssisələrinin içinə doğru irəliləməsi daha yaxşı nəticələri paylaşmağımıza səbəb olacaq".
E.Əmrullayev qeyd edib ki, bu kimi sahələrdə fundamental tədqiqatlar olmadan uğur əldə etmək çətindir: "Sevindirici haldır ki, memarlıq və inşaat sahəsindəki alimlərin son illərdə elmi tədqiqatlarının, məqalələrinin sayı artıb".