Naxçıvanda peşə təhsili alanların sayı 14 faiz artıb
- 18 fevral, 2026
- 15:04
Naxçıvan Muxtar Respublikasında (MR) peşə təhsili alanların sayı 14 faiz artıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə məlumat Muxtar Respublikanın Təhsil Nazirliyində 2025-ci ildə görülmüş işlərin nəticələri, 2026-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında açıqlanıb.
Bildirilib ki, peşə təhsili pilləsi üzrə fəaliyyət göstərən 3 təhsil müəssisəsində hazırda 43 qrup üzrə tədris təşkil olunur. Müəssisələrdə 75 nəfər təhsil verən çalışır, ümumilikdə isə 685 tələbə təhsil alır.
Qəbul planına əsasən, 2024–2025 və 2025–2026-cı tədris illərinin hər birində 27 adda ixtisas üzrə 35 qrupda 700 plan yeri ayrılıb.
Statistik göstəricilərə görə, 2024–2025-ci tədris ilində peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı 462 nəfər (66 faiz) olduğu halda, 2025–2026-cı tədris ili üzrə bu göstərici 562-yə (80 faiz) yüksəlib.