Naxçıvanda icma əsaslı qruplara 366 uşaq cəlb olunub

Elm və təhsil
  • 18 fevral, 2026
  • 15:10
Naxçıvanda icma əsaslı qruplara 366 uşaq cəlb olunub

Naxçıvan Muxtar Respublikasında (MR) icma əsaslı qruplara 366 uşaq cəlb edilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə məlumat muxtar respublikanın Təhsil Nazirliyində 2025-ci ildə görülmüş işlərin nəticələri, 2026-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında açıqlanıb.

Qeyd olunub ki, muxtar respublikada məktəbəqədər təhsil pilləsi üzrə 20 təhsil müəssisəsi fəaliyyət göstərir və hazırda həmin müəssisələrdə 198 qrup üzrə 3 min 461 uşaq təhsil alır.

Bildirilib ki, 2025-ci il üzrə aparılan sorğulara əsasən, 1749 uşaq qəbul edilib. Bununla yanaşı, 740 uşaq gözləmə siyahısındadır.

Mövcud statistikaya görə, məktəbəqədər təhsil müəssisələrində 163 vakansiya mövcuddur.

Eyni zamanda, 13 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 25 icma əsaslı məktəbəqədər təhsil qrupuna ümumilikdə 366 uşaq cəlb olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti