Kolleclərə ixtisas seçimi başa çatıb
Elm və təhsil
- 08 sentyabr, 2021
- 07:58
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, kolleclərə qəbul olmaq üçün bu il 33 088 abituriyent sənəd qəbulunda iştirak edib.
Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21 099 (Azərbaycan bölməsi - 20 667, rus bölməsi - 432) nəfərdir.
Müqayisə üçün qeyd edək ki, ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19 236, ixtisas seçimi edənlərin sayı isə 10 958 nəfər olub.
Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Son xəbərlər
16:11
Vaşinqton sammitinin bir ili - Azərbaycan irəliləyir, Ermənistan ləngiyir - ŞƏRH
Analitika16:09
Azərbaycanda 7 ayda vergi daxilolmaları 11,5 milyard manat olub
Maliyyə16:08
Foto
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb
Daxili siyasət16:03
Foto
Azərbaycanın paracüdo millisi Göygöldəki təlim-məşq toplanışını başa vurub
Fərdi16:01
Foto
Vuçiç Azərbaycan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Xarici siyasət15:50
Şahin Diniyev: "Qarabağ" texniki hazırlıq və fərdi ustalıq baxımından "Dinamo"dan üstündür"
Futbol15:39
Futbolçu Devid Ovori naməlum şəxslərin hücumu nəticəsində vəfat edib
Futbol15:38
"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb
Energetika15:37