Emin Əmrullayev Şuşada tədris prosesini izləyib
Elm və təhsil
- 11 mart, 2026
- 12:31
Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir məktəbdə yaradılmış şərait, tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb.
Daha sonra məktəbin STEAM mərkəzinə baxış keçirilib. Nazir şagirdlərin hazırladıqları layihələrlə tanış olub, onların innovativ ideyalarını dinləyib və bu istiqamətdə əldə etdikləri nailiyyətləri yüksək dəyərləndirib.
Sonda şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şənlik proqramı təqdim edilib.
Son xəbərlər
14:20
İlham Əliyev: Azərbaycan-Gürcüstan münasibətləri bütün qonşular üçün nümunə ola bilər
Xarici siyasət14:20
İlham Əliyev: Ermənistanla sülhün gücləndirilməsi üçün imzalanmış sənədlər kifayət deyil
Xarici siyasət14:19
Video
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət14:19
İsraildə İrana casusluqda şübhəli bilinən şəxs həbs edilib
Digər ölkələr14:17
Azərbaycanda aqrar sahədə süni intellekt texnologiyalarının tətbiqi müzakirə olunub
ASK14:17
İsmayıl Bəqai: İran ABŞ-nin münaqişənin nizamlanması planına cavablar hazırlayıb
Region14:15
İlham Əliyev: Bu il Azərbaycanla Gürcüstan arasındakı ticarət dövriyyəsi 1 milyard dollara çata bilər
Xarici siyasət14:15
Dövlət Radiotezliklər İdarəsi auditor seçir
Maliyyə14:13