Deputat: Azərbaycan dilinin son izahlı lüğəti ötən əsrin 60-cı illərində buraxılan nəşrə əsaslanıb

Elm və təhsil
  • 08 dekabr, 2025
  • 13:36
Deputat: Azərbaycan dilinin son izahlı lüğəti ötən əsrin 60-cı illərində buraxılan nəşrə əsaslanıb

Azərbaycan dilinin sonuncu dəfə 2006-cı ildə nəşr olunan izahlı lüğəti ötən əsrin 60-cı illərində buraxılan nəşrə əsaslanıb.

"Report"un məlumatına görə, bunu deputat Cavanşir Feyziyev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışında deyib.

O qeyd edib ki, əgər dilin inkişaf perspektivlərindən danışılırsa, bu mənada izahlı lüğətin üzərində işləmək üçün xüsusi qurum yaradılmalıdır.

Deputat Azərbaycandakı tərcümə sahəsindəki boşluqlara da toxunub:

"Azərbaycan dilində tərcümə sahəsi də bərbad vəziyyətdədir. Dilin inkişafı üçün tərcümə işinin keyfiyyəti mütləq rola malikdir. Hesab edirəm ki, Azərbaycanda tərcümə işinin inkişafına ehtiyac var".

C.Feyziyev, həmçinin "dövlət dili" ifadəsinin düzgün ifadə olmadığını deyib:

"Dövlət dili ifadəsini o zaman işlətmək olar ki, onun hansı dil olması şübhə doğursun. Bütün müstəqil dövlətlərdə dil rəsmi dil adlanır, bu mənada, "dövlət dili" ifadəsini doğru hesab etmirəm".

Vitse-spiker Rafael Hüseynov isə deputatın dövlət dili iifadəsi lə bağlı iradına münasibət bildirərək qeyd edib ki, bu ifadə konstitusion anlayışdır.

Son xəbərlər

Bütün Xəbər Lenti