AMEA Naxçıvan Bölməsində elmi ekspedisiyalara başlanılacaq

Elm və təhsil
  • 03 mart, 2017
  • 15:18
AMEA Naxçıvan Bölməsində elmi ekspedisiyalara başlanılacaq

Bakı. 3 mart. REPORT.AZ/ AMEA Naxçıvan Bölməsində aprel ayından elmi ekspedisiyalara başlanılacaq.

"Report" AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinə istinadən xəbər verir ki, ekspedisiyaların məqsədi Naxçıvan Muxtar Respublikasının qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar ediləcək maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, qədim folklor nümunələrinin toplanması, bitki və heyvanlar aləminə aid materialların, faydalı bitkilərin müəyyənləşdirilməsindən ibarətdir. Tədqiqat işlərinin nəticəsi olaraq ümumiləşdirici əsərlər, mоnоqrafiyalar və kitablar hazırlanıb çap ediləcək. Sentyabrın sonunadək nəzərdə tutulan tədqiqatlar Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar institutlarının əməkdaşları tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, bölmə əməkdaşları tərəfindən ötən illərdə toplanılan materiallar əsasında 2 cilddə “Naxçıvan Ensiklоpediyası”, Azərbaycan və ingilis dillərində “Naxçıvan Abidələri Ensiklоpediyası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvanın tarixi atlası”, 3 cilddə “Naxçıvan fоlklоru”, 2 cilddə “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı” və digər kitablar nəşr olunub.