Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Ekologiya
  • 15 iyun, 2026
  • 17:25
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında iyunun 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.