Xaçmazda şam və qovaq ağacları məhv edilib, araşdırma aparılır
- 08 sentyabr, 2025
- 11:09

Xaçmaz şəhərində çoxillik ağacların məhv edilməsi ilə əlaqədar araşdırmaya başlanılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhəri Zərifə Əliyeva küçəsi 66 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının qarşısında illər öncə əkilmiş beş ədəd şam və qovaq ağacı ötən gün gecə saatlarında kökündən çıxarılaraq məhv edilib.
Belə ki, sözügedən binanın birinci mərtəbəsində sahibkara məxsus obyektdə təmir işləri aparılır. Ağacların də bu işlərlə əlaqədar kökündən çıxarıldığı ehtimal olunur.
Hadisə ilə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, Xaçmaz şəhərində ağacların çıxarılması barəsində məlumat daxil olduqdan sonra əraziyə baxış keçirilib. Qeyd olunub ki, araşdırmalar başa çatdırıldıqdan sonra yekun qərar veriləcək.