Viktor Kovalenko: İqlim dəyişmələri ilə mübarizəyə özəl sektor da vəsait qoymalıdır

Ekologiya
  • 29 sentyabr, 2025
  • 13:31
Viktor Kovalenko: İqlim dəyişmələri ilə mübarizəyə özəl sektor da vəsait qoymalıdır
Viktor Kovalenko

İqlim dəyişmələri ilə mübarizəyə təkcə dövlət deyil, özəl sektor da vəsait qoymalıdır.

"Report" xəbər verir ki, bunu Mərkəzi Asiyada İqlim Dəyişikliyi və Davamlılıq Xidmətləri Lideri Viktor Kovalenko Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya miqyasında olan problemlərin məsuliyyəti daha çox dövlətin üzərinə düşür:

"Bu məsələdə dövlətdən gözlənilməli olan iki əsas şey var. Birincisi, hədəflərin aydın şəkildə müəyyən olunmasıdır. İkincisi isə biznesin həmin istiqamətdə hərəkət etməsinə təkan verməkdir. Açıq danışsaq, özəl sektorun çoxu nə planet, nə də ölkə miqyasında düşünür. Bu sektorun düşündüyü məsələ biznesin özüdür - gəlir, davamlılıq, etibarlılıq, maliyyələşmə imkanları. Yəni şirkətlər yalnız onları birbaşa təsirləndirən məsələlər haqqında düşünürlər".

Viktor Kovalenko bildirib ki, dövlət hədəfləri və çərçivələri aydın şəkildə müəyyənləşdirməli və biznesi öz ardınca getməyə məcbur etməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti