Sabahın hava proqnozu açıqlanıb
Ekologiya
- 01 yanvar, 2023
- 08:08
Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, gecə bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
Son xəbərlər
16:11
Azərbaycan polisi xalqın və dövlətin milli maraqlarının keşikçisidir - RƏY
Daxili siyasət16:08
Ukraynada qatarla avtobus toqquşub, üç nəfər ölüb
Digər ölkələr16:03
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək
Daxili siyasət16:03
DİM: Bu gün bir nəfər başqasının yerinə imtahan verməyə cəhd edib
Elm və təhsil16:00
DÇ-2026: İspaniya, Portuqaliya və İsveçrə milliləri 1/16 final matçına çıxacaqlar
Futbol15:56
Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Maliyyə15:52
Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH
Analitika15:52
"Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb
Futbol15:49