Şənbə günü havanın temperaturu 43 dərəcəyədək artacaq
Ekologiya
- 15 iyul, 2022
- 08:34
Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava şəraiti yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 55-60 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.
Son xəbərlər
03:32
Stole Solbakken: "Dembelenin Norveç yığmasına vurduğu ilk iki qol dünya çempionatı səviyyəsində idi"
Futbol03:08
Vens: ABŞ zorakılığa zorakılıqla cavab verəcək
Region02:54
Dünya çempionatında Venesuela zəlzələsi qurbanlarının xatirəsi yad edilib
Cəmiyyət02:16
Britaniya müdafiə üçün 20 milyard dollar ayırmaq niyyətindədir
Digər ölkələr01:35
Seneqal - İraq oyununun ən yaxşı fubolçusu Pap Qeye seçilib
Futbol01:32
Usman Dembele Norveç - Fransa matçının ən yaxşı fubolçusu adına layiq görülüb
Futbol01:06
Foto
DÇ-2026: Seneqal İraqa 5 cavabsız qolla qalib gəlib - YENİLƏNİB-7
Futbol01:05
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib - YENİLƏNİB
Region01:00
Foto