Sarayda gölün ətrafına tullantı atanlar cəzalandırılıb
Ekologiya
- 14 sentyabr, 2020
- 11:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar bölməsinə Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki gölün ətrafına tullantıların atılması və yandırılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin rəis müavini Ramal Bağırov "Report"a bildirib ki, faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Saray bələdiyyəsi barəsində protokol tərtib olunub və onun hüquqi şəxs qismində 6 500 manatdan 8 000 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilib: “Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün bələdiyyə sədrinə məcburi göstəriş verilib”.
Son xəbərlər
10:08
BP Azərbaycandakı layihələrə sərmayələrinin həcmini açıqlayıb
Energetika10:06
AZIR indeksinin orta günlük səviyyəsi cari ilin yanvarında 6,7%-ə enib
Digər10:05
AMB: 2026-2027-ci illərin sonuna cari əməliyyatlar hesabı profisitli olacaq
Digər10:04
AMB: Ötən il nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib
Digər10:04
SOCAR 2026-cı il üçün qazma ilə bağlı planlarını açıqlayıb
Energetika10:03
Azərbaycan Mərkəzi Bankı illik inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıb
Digər10:00
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Maliyyə09:57
Video
Nərimanov ərazisində sursat aşkarlanıb
Hadisə09:43