Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Ekologiya
- 17 oktyabr, 2023
- 05:14
Oktyabrın 17-si saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağa qar yağıb.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Ordubad, Lerik, Şahdağ, Culfa, Zərdab, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Xaltan, Göyçay, Beyləqan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şahdağda 2 sm-lik qar örtüyü əmələ gəlib.
Qrız, Göygöl, Şamaxı, Lerikdə duman müşahidə olunub.
Qərb küləyi arabir Naxçıvanda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlvəzdə 16 m/s-dək güclənib.
Son xəbərlər
18:30
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək
Digər ölkələr18:25
Bakıda güclü külək səbəbindən 5 nəfər təcili yardıma müraciət edib - YENİLƏNİB-3
Sağlamlıq18:24
Dünya çempionatı: Ömər Salmanov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-2
Fərdi18:22
İraqın Baş naziri Türkiyəyə səfər edəcək
Region18:20
Rövşən Məmmədov: AzTV İranın informasiya hücumlarına cavab verməyə davam edəcək - VİDEO
Media18:17
Foto
Azərbaycanın Elit kateqoriyalı hakimləri fitness testini uğurla başa vurublar
Futbol18:16
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib
Hadisə18:14
Azərbaycanın Rusiya ixracı 3 % artıb, idxalı isə 42 % azalıb
Biznes17:58