Sabah hava yağmursuz olacaq
Ekologiya
- 01 yanvar, 2025
- 09:18
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda isə gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Son xəbərlər
03:30
DÇ-2026: Kolumbiya - Portuqaliya oyunu başlayıb
Futbol03:30
DÇ-2026: Konqo - Özbəkistan matçı start götürüb
Futbol03:12
İngiltərə millisinin futbolçusu Cud Bellinqem Panama ilə matçın ən yaxşısı seçilib
Futbol03:10
Xorvatiya - Qana görüşündə ən yaxşı futbolçu Petar Suçiç olub
Futbol02:58
DÇ-2026: Xorvatiya Qananı məğlub edərək qrup ikincisi olub - YENİLƏNİB-6
Futbol02:54
Foto
DÇ-2026: Panamaya qalib gələn İngiltərə qrupda birinci yeri tutub - YENİLƏNİB-4
Futbol02:48
BMT Venesuelada baş verən zəlzələdən zərər çəkənlərin sayını açıqlayıb
Digər ölkələr02:22
ABŞ İranın hərbi obyektlərinə zərbələr endirib
Region02:05