Sabah Bakıda və Abşeronda 40, rayonlarda 41 dərəcə isti olacaq
Ekologiya
- 03 avqust, 2025
- 12:03
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-28, gündüz 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 21-26, gündüz 29-34 dərəcə isti olacaq.
Son xəbərlər
07:34
"FT": Avropa İttifaqı daxilində bank əməliyyatları asanlaşdırlır
Maliyyə07:08
ABŞ narkotik daşıyan gəmiyə zərbə endirib, ölənlər var
Digər ölkələr07:05
Meksika və Cənubi Koreya oyununun ən yaxşı futbolçusu bəli olub
Futbol06:58
Yulen Lopeteqi: "Ağır məğlubiyyətdən sonra vacib məsələ toparlanmaqdır"
Futbol06:56
DÇ-2026: Meksika Cənubi Koreyanı məğlub edib - YENİLƏNİB-4
Futbol06:42
ABŞ və İranın İsveçrə görüşü təxirə salınıb, Vensin səfəri ləğv edilib
Digər ölkələr06:19
Kanada millisinin baş məşqçisi: "Komanda olaraq İsmayıl Konenin ətrafında birləşmişik"
Futbol06:05
Avropa İttifaqı Rusiya tərəfindən döyüşənləri "Qara siyahı"ya sala bilər
Digər ölkələr05:36