Dağlıq rayonlarda yollar buz bağlayacaq
Ekologiya
- 23 yanvar, 2023
- 08:17
Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Son xəbərlər
09:03
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.07.2026)
Maliyyə08:56
Foto
DÇ-2026: Əlcəzairi məğlub edən İsveçrə 1/8 finala çıxıb - YENİLƏNİB-5
Futbol08:50
Paşinyan Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yola düşüb
Region08:39
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:38
"Arzum" ləqəbli bloqerə verilən cəza ilə bağlı hakim açıqlama yayıb
Hadisə08:34
Venesueladakı zəlzələdə La-Quayra ştatının, demək olar, bütün dövlət qulluqçuları həlak olub
Digər ölkələr08:19
Azərbaycan XİN Belarusu Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət07:50
Bakının dörd rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika07:46