Sabahın hava proqnozu açıqlanıb
Ekologiya
- 22 aprel, 2022
- 08:32
Aprelin 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə az yağış yağacağı ehtimalı var.
Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.
Son xəbərlər
23:02
SEPAH: ABŞ-nin Hörmüz boğazı ilə bağlı heç bir əlaqəsi yoxdur
Region23:00
DÇ-2026: Norveç - Fransa oyunu başlayıb
Futbol23:00
DÇ-2026: Seneqal - İraq matçı start götürüb
Futbol22:55
Venesuelada ölənlərin sayı 920-yə çatıb – YENİLƏNİB-2
Digər ölkələr22:34
Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub
Hərbi22:29
Xəzəryanı ölkələrdə 40 mindən çox ölü suiti tapılıb
Ekologiya22:10
Tramp ABŞ şirkətlərinə görə Avropanı tariflərlə hədələyib
Digər ölkələr21:59
Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçilib
Xarici siyasət21:55