Sabah Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq
Ekologiya
- 11 avqust, 2022
- 08:16
Avqustun 12-nə gözlənilən şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.
Son xəbərlər
08:25
Mərakeşin müdafiəçisi İssa Diop Niderland ilə oyunun ən yaxşısı olub
Futbol08:21
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:15
Rusiyanın Krasnoyarsk diyarında 250 min hektardan çox meşə sahəsi yanır
Region07:54
Foto
DÇ-2026: Niderlandı məğlub edən Mərakeş 1/8 finala yüksəlib – YENİLƏNİB-8
Futbol07:34
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində üç saat işıq olmayacaq
Energetika07:11
ABŞ Sakit okeanda gəmi əleyhinə yeni "LRASM" raketini sınaqdan keçirib
Digər ölkələr06:46
Aİ-də rusiyalılara turist vizalarının verilməsinə tam qadağa müzakirə olunur
Digər ölkələr06:14
Britaniya qaçqınlardan 10 min funt sterlinq kompensasiya ödəməyi tələb edəcək
Digər ölkələr05:37