Sabah hava yağmursuz olacaq
Ekologiya
- 24 noyabr, 2025
- 12:15
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Son xəbərlər
03:26
Foto
Şimali Makedoniya ilə DB kogenerasiya stansiyasının tikintisi üçün 2,4 milyon dollarlıq saziş imzalayıb
Digər ölkələr03:08
DÇ-2026: Norveçin İraq qarşısında üstünlüyü davam edir - YENİLƏNİR-5
Futbol03:03
Seneqal millisinin baş məşqçisi: "Fransa keyfiyyəti hesabına oyunda gedişatı dəyişdi"
Futbol02:37
Didye Deşam: "Seneqal ilk hissədə bizə çətinlik yaratdı"
Futbol02:37
Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzi ölkələrini əhatə edəcək
Digər ölkələr02:15
Türkiyə parlamentinin iş müddəti uzadılıb
Region01:37
Paris və Kiyev müdafiə innovasiyaları sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Digər ölkələr01:30
Rəşad Sadıqov: "Konfrans Liqasındakı rəqibimiz çox təcrübəli komandadır"
Futbol01:29