Sabah bəzi bölgələrdə 10 dərəcəyədək şaxta olacaq
Ekologiya
- 03 yanvar, 2025
- 09:25
Sabah bəzi bölgələrdə 10 dərəcəyədək şaxta olacaq.
"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda isə gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.
Son xəbərlər
09:40
Lionel Skaloni: "Artıq növbəti oyun barədə düşünürük"
Futbol09:27
İran XİN: ABŞ BMT nizamnaməsini və müharibənin dayandırılması memorandumunu pozub
Region09:25
İordaniya - Argentina oyununun ən yaxşı futbolçusu Covani Lo Çelso seçilib
Futbol09:19
Riyad Mahrez Əlcəzairin heyətində Avstriya ilə matçın ən yaxşısı olub
Futbol09:00
İstanbulda əldəqayırma qurğu partlayıb
Region08:39
Rusiyanın cənubuna dron hücumu olub, neft emalı zavodunda yanğın baş verib
Region08:27
Türkiyə güclü zəlzələdən sonra Venesuelaya xilasedici qrup göndərib
Digər ölkələr08:27
DÇ-2026: 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib
Futbol08:01