Sabah Bakıda güclü şimal küləyi əsəcək

Ekologiya
  • 03 iyul, 2015
  • 07:30
Sabah Bakıda güclü şimal küləyi əsəcək

Bakı. 3 iyul. REPORT.AZ/ Şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, iyulun 4-də paytaxtda əsən şimal küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 22-25, gündüz 26-31 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.