Sabah Bakıda 30 dərəcə isti olacaq
Ekologiya
- 28 aprel, 2024
- 08:21
Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Son xəbərlər
10:39
Foto
KOBİA: "Startap" şəhadətnaməsi almış KOB-ların ümumi dövriyyəsi 2 dəfə artıb
Biznes10:37
Moskvada yol qəzası olub, xəsarət alanların sayı 25-ə çatıb
Region10:28
Foto
ASCO Asiya İnkişaf Bankı ilə müasir donanmanın formalaşdırılmasını müzakirə edib
Maliyyə10:21
Çində "Bavi" qasırğası ilə əlaqədar yenidən narıncı təhlükə səviyyəsi elan edilib
Digər ölkələr10:16
Foto
"Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub
Futbol10:08
Foto
Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib
Digər10:07
İngiltərə millisinin futbolçusu Deklan Rays komandanın məşqini buraxıb
Futbol10:01
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Media09:44