Sabah Bakıda 30 dərəcə isti olacaq
- 29 avqust, 2015
- 07:52
Bakı. 29 avqust. REPORT.AZ/ Sabah Bakıda 30 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Əsən qərb güləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Temperatur gecə 19-22, gündüz 26-30 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.