Sabah Azərbaycanda külək güclənəcək - XƏBƏRDARLIQ
Ekologiya
- 09 fevral, 2026
- 17:02
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə fevralın 10-da güclü külək əsəcək.
"Report" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Xızı, Qusar, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Kəlbəcər, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Son xəbərlər
00:13
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
Region23:50
ÜST KDR tarixində ən böyük Ebola epidemiyası barədə məlumat verib
Digər ölkələr23:23
İranda Netanyahu və Trampın həbsi ilə bağlı qanun qəbul oluna bilər
Region23:07
Rumıniyada AES-in fasiləsiz işləməsi üçün tədbirlər görülür
Digər ölkələr22:56
Foto
Gürcüstanda Azərbaycan Əlifbası və Dili Günü qeyd olunub
Region22:49
İspaniya Kralı Seutadakı miqrasiya böhranına reaksiya verib
Digər ölkələr22:34
Türkiyədə mikroavtobus aşıb, 14 nəfər xəsarət alıb
Region22:22
Moskvanın mərkəzində partlayış baş verib, ölən və yaralananlar var
Digər ölkələr22:11