Sabah Azərbaycanda 32 dərəcə isti olacaq
Ekologiya
- 27 may, 2026
- 12:55
Azərbaycanda mayın 28-də 32 dərəcə isti gözlənilir.
"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti, bəzi yerlərdə 23-26° isti olacaq.
Son xəbərlər
10:29
Foto
Qəbələdəki Kilsədağ kompleksində 10-dan artıq bürc yeri aşkarlanıb
Elm və təhsil10:26
Lavrov Rubio ilə danışıqlarda ABŞ-nin Alyaskadakı təkliflərinə Rusiyanın sadiqliyini təsdiqləyib
Region10:25
Foto
Kəlbəcərdəki SES-lər beynəlxalq karbon sertifikatı almaq üçün qeydiyyatdan keçib
Energetika10:14
Məsud Pezeşkian: Heç bir amil İranla İraq arasında əlaqələri poza bilməz
Region10:13
Rusiya Xerson və Xarkova zərbələr endirib: 2 nəfər ölüb, 31 nəfər yaralanıb
Digər ölkələr10:08
Foto
LIQUI MOLY "Radius"a "Strateji pərakəndə satış və servis şəbəkəsi" statusu təqdim edib
Biznes10:02
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib
Futbol09:38
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Energetika09:34