Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
Ekologiya
- 04 dekabr, 2020
- 14:53
Qusar rayonunda dövlət sərhəd zonasının Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmətin rəisi Hikmət Əlizadə "Report"a bildirib ki, əraziyə keçirilən baxış zamanı ağacların kəsilməsi faktı aşkar edilib.
“Araşdırma zamanı ağacların kəsildiyi ərazinin Dövlət Sərhəd Xidmətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinə aid olmadığı məlum olub. Hazırda təbiətə dəymiş ziyanın məbləğinin və təqsirkarların müəyyənləşdirilməsi məqsədilə müvafiq işlər aparılır", - o deyib.
Son xəbərlər
17:41
Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır
Digər ölkələr17:35
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
Region17:31
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb
Biznes17:26
İsmayıllıda avtoqəza olub, iki nəfər ölüb, bir nəfər xəsarət alıb
Hadisə17:16
Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Digər ölkələr17:16
DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu müşahidə olunub
Futbol17:05
Ötən gün axtarışda olan 39 nəfər tapılıb
Hadisə16:47
Şuşa və Laçına dolu düşüb - YENİLƏNİB
Ekologiya16:47