Qrinlandiyada rekord həcmdə buz əriyib
Ekologiya
- 21 avqust, 2020
- 10:13
Qrinlandiya buz qatında ötən ildə rekord göstərici olan 532 milyard ton buz əriyib.
“Report” “Science Alert”ə istinadən xəbər verir ki, bu göstərici 2012-ci ildə qeydə alınan əvvəlki rekordu 15 faiz üstələyir. Ötən il təkcə Qrinlandiya buzlarının əriməsi dünya okeanı səviyyəsinin 1,5 mm qalxmasına gətirib çıxarıb.
Beləliklə, Antarktidadan sonra dünyanın ən böyük buz saxlancı olan Qrinlandiya buz qatında dayanıqlı ərimənin getdiyi göz qabağındadır. Bunun nəticəsində okeanın xeyli qabaracağı, yüz milyonlarla əhalinin yaşadığı ərazilərin su altında qalacağı bildirilir.
Alimlərin fikrincə, Qrinlandiya buz qatının əriməsi prosesi “qırmızı xətti” keçib, yəni hətta dünya iqliminin isinməsi dayansa belə, əriməyə davam edəcək.
Son xəbərlər
15:19
Laçında 100-ə yaxın vətəndaşa səyyar tibbi yardım göstərilib
Sağlamlıq15:16
Mamoudu Haruna Cinqarey: Niger Azərbaycanın enerji resurslarından təcrübəsindən istifadə etməkdə maraqlıdır
Xarici siyasət15:14
Foto
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Xarici siyasət15:13
Foto
Qaxda aqrar sahədə yeni Dövlət Proqramı ilə bağlı regional müşavirə keçirilib
ASK15:13
Foto
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
Xarici siyasət15:11
Foto
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Daxili siyasət15:10
Foto
Yəmən parlamentinin sədri humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
Milli Məclis15:05
Çində güclü yağışlar səbəbindən 9 mindən çox sakin təxliyə edilib
Digər ölkələr15:05