Qanunsuz ov edənlər cəzalandırıldı
Ekologiya
- 24 avqust, 2020
- 10:19
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi nəzarət tədbiri zamanı İmişli rayonu ərazisindəki Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən şəxslər saxlanılıb.
"Report" xəbər verir ki, bunu xidmətin rəis müavini Bəhruz Məhəmmədov deyib.
“Araşdırma zamanı brakonyerlərin Sabirabad rayon sakinləri Tahir Muxtarov və Ruslan Əhmədov olduğu məlum olub, onlardan ov tüfəngləri və ovlanmış qaşqaldaq quşları götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”,- o bildirib.
Son xəbərlər
22:08
Litvanın hakim partiyası müdafiə ilə bağlı fikir ayrılıqlarına görə koalisiyanı dağıdır
Digər ölkələr22:01
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub
Futbol21:53
ABŞ və Fransanın müdafiə nazirləri Avropanın NATO-ya dəstəyini müzakirə ediblər
Digər ölkələr21:34
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib
Komanda21:19
Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı yeddi nəfər saxlanılıb - YENİLƏNİB
Hadisə21:06
Ərdoğan: Kərkükün rifahı İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıyır
Region20:53
Pakistanın daxili işlər naziri Tehranda səfərdədir
Region20:39
Afrika ölkələri Avropaya qaz tədarükü üçün kəmər tikintisinə başlayıb
Digər ölkələr20:26
Foto